Yevlaxda kanalda batan şəxsin kimliyi bilindi

Yevlaxda kanalda batan şəxsin kimliyi bilindi
SOSİAL
18:35 09.01.2023
175
Yuxarı Şirvan kanalında batması ehtimal edilən şəxsin axtarışlarına başlanılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Aran” dalğıc-axtarış qrupu Yuxarı Şirvan kanalında batması ehtimal edilən 1983-cü il təvəllüdlü Kərimov Rəşad Rafiq oğlunun axtarışlarına başlayıblar.

Əlverişsiz hava şəraitinə baxmayaraq, vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
 

OXŞAR XƏBƏRLƏR