Yevlaxda kasetli bombanın partlaması nəticəsində həlak olan şəxsin FOTOSU

Yevlaxda kasetli bombanın partlaması nəticəsində həlak olan şəxsin FOTOSU
SOSİAL
16:10 02.02.2022
286
Yevlax rayonunda Vətən müharibəsi dövründə ermənilərin atdığı kasetli bomba qalığının partlaması nəticəsində dünyasını dəyişən 1996-cı il təvəllüdlü İsmayıl Mikayılovun fotosu yayılıb.

AZXEBER.COM BAKU.WS-ə istinadən həmin fotonu təqdim edir.

Məlumat üçün bildirək ki, 26 yaşlı İsmayıl Mikayılov əslən Kəlbəcər rayonundandır. Hadisə baş verərkən o, ərazidə qoyun otarıb və şübhəli əşyaya toxunması ilə partlayış baş verib.
 
Artıq faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma başlanıb.
 

 



OXŞAR XƏBƏRLƏR