Yevlaxda oğlu tərəfindən bıçaqlanan kişi öldü

Yevlaxda oğlu tərəfindən bıçaqlanan kişi öldü
HADİSƏ
20:46 27.08.2025
234
Yevlaxda oğlu tərəfindən bıçaqlandığı bildirilən kişi xəstəxanada ölüb. 

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, rayonun Havarlı kənd sakini 1959-cu il təvəllüdlü Talıbov Hüsü Qara oğlu müalicə aldığı Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasında dünyasını dəyişib.

Xatırladaq ki, hadisəni törətməkdə şübhəli bilinən onun oğlu, 1989-cu il təvəllüdlü Vüsal Talıbov polis əməkdaşları tərəfindən saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR