Yevlaxda polisə müqavimət göstərən şəxslərin məhkəməsi başlayır

Yevlaxda polisə müqavimət göstərən şəxslərin məhkəməsi başlayır
SOSİAL
15:43 09.09.2020
501
18 may 2020-ci il tarixdə Yevlax şəhəri ərazisində xidməti vəzifələrini icra edən Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarına bir qrup şəxs tərəfindən müqavimət göstərilərək zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin 126.2.2 (qəsdən sağlamlığa ağır zərər vurma - zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumları barəsində törədildikdə), 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə), 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə Yevlax rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Bu barədə Yevlax rayon prokurorluğundan AZXEBER.COM-a bildirilib.

İstintaqla Yevlax rayon sakinləri Qulu Quliyev, Əli Salmanov, Heydər Quliyev və Veyis Abdullayevin rayon sakinlərinin arasında koronavirus pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Yevlax rayon polis şöbəsinin şəxsi heyəti və daxili qoşunların hərbi qulluqçuları tərəfindən giriş-çıxışa qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması məqsədilə qəsdən bir qrup şəxs halında polis əməkdaşları tərəfindən qoyulmuş postlara yaxınlaşaraq orada ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etməklə həmin vaxt orada ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndələrinə qarşı zor tətbiq etməklə müqavimət göstərib yerdən götürdükləri daş parçalarını silah qismində istifadə etməklə polis əməkdaşları və hərbi qulluqçuların istiqamətinə atmaqla polis əməkdaşları Eşqin İbrahimov, Şamil Nəcəfov və Vasif Fəttayevə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Qulu Quliyev Cinayət Məcəlləsinin 126.2.2, 126.2.4, 221.3 və 315-ci maddələri ilə, Əli Salmanov, Heydər Quliyev və Veyis Abdullayev isə Cinayət Məcəlləsinin 221.3 və 315-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, məhkəmənin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
17:49 17.07.2025
Əri tərəfindən güllələnən qadının vəziyyəti açıqlandı
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
17:43 17.07.2025
Azərbaycanda ilk dəfə – Beynəlxalq Mini MBA Proqramı start götürür!
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
17:11 17.07.2025
5 yaşlı Xocalı qurbanının məzarı açıldı - VİDEO
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" -  Vüsalə Mahirqızı ilə müsahibə
16:59 17.07.2025
"Senzuranın ləğvindən sonra tənqidi jurnalistika inkişaf etdi" - Vüsalə Mahirqızı ilə müsahibə
"Suna"nın yeni layihəsi bəlli oldu
16:51 17.07.2025
"Suna"nın yeni layihəsi bəlli oldu
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
16:45 17.07.2025
Pakistanda FACİƏ: 24 saatda 93 nəfər ölüb, yüzlərlə yaralı var
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
16:42 17.07.2025
Bakıda bu ilin altı ayı üzrə 7 min 549 cinayət qeydə alındı
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
16:31 17.07.2025
Politoloq: "Azərbaycan və Türkmənistan arasında strateji əməkdaşlıq 2017-ci ildən etibarən formalaşıb"
Telman Hacıyev vəfat etdi
16:25 17.07.2025
Telman Hacıyev vəfat etdi
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
16:23 17.07.2025
"Mən şou-biznesi yaradanlardanam" - Sərxandan iddia
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
16:18 17.07.2025
Kirayədən çıxıb öz evinə köçmək istəyənlər üçün əla fürsət: 124 691 manata tam təmirli mənzil - "Kristal!"
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
16:13 17.07.2025
"Oxuduğum iki yüz mahnıdan ikisini bəyənirəm" - Nüşabə
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
15:57 17.07.2025
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
Tarixdə bu gün - 17 iyul nə günüdür?
15:55 17.07.2025
Tarixdə bu gün - 17 iyul nə günüdür?
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
15:50 17.07.2025
"Milli Mətbuat – 150" minifutbol turnirinin Mətbuat Şurasında təqdimatı baş tutdu - FOTOLAR
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"
15:43 17.07.2025
"Azərbaycan-Türkmənistan münasibətləri yeni mərhələyə qədəm qoyur"