Yevlaxda qadın qəza törətdi: Ölən var - FOTO

Yevlaxda qadın qəza törətdi: Ölən var - FOTO
SOSİAL
11:28 25.04.2018
3394
Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınan yol qəzasında ölən və yaralananların olduğu bildirilir. 

İlkin məlumata görə, qadın sürücünün idarə etdiyi avtomobil hərəkətdə olan zaman təkəri partlayıb. Nəticədə maşın idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza zamanı sərnişinlərdən biri ölüb, daha iki nəfər isə yaralanıb. Qadın sürücü ağır bədən xəsarətləri alıb. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya aparılıb.

Yaralılar - avtomobilin sürücüsü Yevlax şəhər sakini, 1965-ci il təvəllüdlü Faidə Elxan qızı Məmmədova,  sərnişinlər - Qaradağ rayonunun Çaylı qəsəbə sakini, 2000-ci il təvəllüdlü Ağamalıyev Yüsif Ehsan oğlu, Yevlax şəhər sakini, Ağamalıyev Emil Zahid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Hadisə nəticəsində ölən şəxs sürücünün bacısı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

 

 




OXŞAR XƏBƏRLƏR