Yevlaxda tanışlar arasında pul söhbəti qanla bitdi - TƏFƏRRÜAT

Yevlaxda tanışlar arasında pul söhbəti qanla bitdi - TƏFƏRRÜAT
SOSİAL
10:38 11.07.2017
907
Yexlaxda dostlar arasında pul söhbəti qanla başa çatıb.
Qətl rayonun Xaldan qəsəbəsində baş verib.  1949-cu il təvəllüdlü Həmidov Azər Knyaz oğlu 1973-cü il təvəllüdlü Bəşirov Qorxmaz Sirac oğlunu bıçaqla qətlə yetirib.
Bildirilir ki, hər iki şəxs uzun müddətdir bir-biri ilə yaxın münasibətdə olub. Dostlar arasında münaqişə pul üstündə yaranıb. Azər Həmidovla Qorxmaz Bəşirov hadisə günü qəsəbədə yerləşən "Ərik bağı” kafesində görüşüblər. Yenə pul üstündə mübahisə düşüb. Bu zaman Azər Həmidov bıçağa əl ataraq tanışını qətlə yetirib.
Azər Həmidov polis tərəfindən saxlanılıb. O, etdiyi cinayəti etiraf edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
///Lent.az
OXŞAR XƏBƏRLƏR