Yevlaxda yanğın olub, bir nəfər tüstüdən zəhərlənib

Yevlaxda yanğın olub, bir nəfər tüstüdən zəhərlənib
SOSİAL
01:36 07.11.2021
289
Yevlaxın Kövər kəndində təsərrüfatlardan birində yanğın baş verib.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, tövlədə baş verən yanğının söndürülməsi üçün əraziyə cəlb olunan yanğınsöndürmə briqadası alovu lokallaşdırıb.

Hadisə nəticəsində tüstüdən zəhərlənən gənc qadın, İskəndərova Aytac Cahangir qızı xəstəxanaya çatdırılıb.
 
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR