Yevlaxda yük maşını aşdı

Yevlaxda yük maşını aşdı
HADİSƏ
21:53 05.08.2025
133
Yevlaxda yük maşını idarəetmədən çıxaraq aşıb.

AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, hadisə Xaldan-Mingəçevir şossesində, Əkşəm kəndi yaxınlığında baş verib. Şirkətlərdən birinə məxsus kiçik tutumlu yük maşını idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb və onu aşırıb.

Qəzadan sürücü yüngül xəsarətlə qurtulsa da, işıq təsərrüfatına və avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR