Yeznələr birləşib qayınata və qayınananı döydülər — Cəlilabadda

Yeznələr birləşib qayınata və qayınananı döydülər — Cəlilabadda
SOSİAL
14:26 25.01.2019
4870

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib.

AZXEBER.COM-un Report-a istinadən verdiyi məlumatına görə, şəhər ərazisində qeydə alınan hadisə nəticəsində 1948-ci il təvəllüdlü Səfərov Əli Tərlan oğlu və 1953-cü il təvəllüdlü Səfərova Gülxas Əliheydər qızı döyülüb.

Xəsarət alan şəxslər xəstəxanaya çatdırılıb. Onlara müvafiq tibbi yardım göstərilib.

Məlumata görə, döyülən şəxslər ər-arvaddır və yeznələri tərəfindən döyülüblər.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR