Yığma komandamız dünya çempionatında uğurlu çıxış etdi - FOTO

İDMAN
16:15 05.12.2021
208
Azərbaycan Budo döyüş növləri üzrə yığma komandası Tunisdə keçirilən dünya çempionatında iştirak edib.

AZXEBER.COM xəbər verir ki, yarışda idmançılarımız ölkəmizi uğurla təmsil ediblər. 

Xəyal Quliyevin yetirmələrindən 95+ kq çəkidə döyüşən  Məmmədov Azər, 70 kq-da döyüşən Məmmədov İbrahim, eləcə də müvafiq olaraq 85 və 60 kiloqram çəkidə döyüşən Cəmilbəyli Xəyal və Xanoğlanlı Elgün bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüblər.

Bundan başqa, idmançılarımız dünya çempionatında 2 gümüş medal aktivlərinə yazıblar. Bunlar 80 və 75 kiloqram çəkidə döyüşən Quliyev Xəyal və Əhmədov Azərdir.

Bu gün axşam radələrində idmançılarımızı Bakı aeroportunda dostları və azarkeşlər izdihamlı şəkildə qarşılayıblar.
 

 

 

 


OXŞAR XƏBƏRLƏR