Yığmamız FİFA reytinqində 8 pillə irəlilədi

İDMAN
00:20 13.09.2013
1081

Millimizin hesabında 315 reytinq xalı var

FİFA dünyanın futbol yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. FİFA reytinqində Azərbaycan 107, Ermənistan 55-ci oldu. AZXEBER.COM-un məlumatına görə, ötən ay müqayisədə Azərbaycan millisi FİFA reytinqində səkkiz pillə irəliləyib. Belə ki, Berti Foqtsun çalışdırdığı yığmamız 107-ci pillədə qərarlaşıb. Millimizin hesabında 315 reytinq xalı var. Azərbaycanın FİFA reytinqində irəliləməsinə səbəb səfərdə İzrail millisi ilə qazanılan bir xal olub. Siyahıda Ermənistan 592 xalla 55-ci, Gürcüstan 364 xalla 97 yerdə qərarlaşıb. İlk üçlüyü İspaniya, Argentina və Almaniya milliləri qapayıb.

OXŞAR XƏBƏRLƏR