Azərbaycan yığması Almaniyanın “Hamburq” klubunu məğlub edib. AZXEBER.COM-un AFFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.Almaniyanın "Hamburq" klubu ilə qarşılaşan yığmamız 2:0 hesabı ilə qələbə qazanıb. Xatırladaq ki, qolları Rizvan Umarov və Firuz Yusupov vurublar.