Yığmamız İspaniya ilə eyni qrupda

Yığmamız İspaniya ilə eyni qrupda
İDMAN
14:48 11.11.2016
1104

 

17 yaşadək qızlar arasında Avropa çempionatının 2017/18 mövsümünün püşkü atılıb.

İsveçrənin Nyon şəhərindəki tədbirdə seçmə mərhələnin 44 iştirakçısı 11 qrupa bölünüb.

Püşkatmaya C səbətində qatılan Azərbaycan millisinin də rəqibləri bəlli olub. Yığmamız 3-cü qrupda İspaniya, İslandiya və Monteneqro ilə mübarizə aparacaq.
 
Qeyd edək ki, seçmə mərhələnin oyunları 2017-ci il avqustun 1-dən oktyabrın 29-dək keçiriləcək. Hər qrupda ilk iki yeri tutanlar və ən yaxşı üçüncü elit-raunda yüksələcək.

 
OXŞAR XƏBƏRLƏR