Yığmamız qələbə qazandı

İDMAN
13:50 03.04.2012
1401

Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

AZXEBER.COM-un məlumatına görə, “Maynts 05” klubunun U-16 komandası ilə keçirilən qarşılaşma 2:0 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Qollardan birinin müəllifi Elnur Cəfərov olub. Digər qolu isə Almaniya təmsilçisinin üzvü öz qapısından keçirib.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR