Yığmamız Şimali İrlandiyada da uduzmasa...

Yığmamız Şimali İrlandiyada da uduzmasa...
İDMAN
11:04 12.10.2016
1415
Azərbaycan millisi seçmə oyunlardakı məğlubiyyətsizlik seriyasını 3-ə çatdırıb.

AZXEBER.COM apasport.az-a istinadən xəbər verir ki, DÇ-2018-in ilk üç qarşılaşmasında meydanı xalsız tərk etməyən komandamız bununla da rekorda yaxınlaşıb.
 
San-Marino və Norveç üzərində minimal hesablı qələbələrdən sonra Çexiyadan da məğlubiyyətsiz dönən (0:0) yığmamızın tarixində ən uzun yenilgisizlik 4 matçdan ibarət olub. Seçmə mərhələlərdəki ən yaxşı nəticəmizə 2 dəfə təsadüf edilib. DÇ-2014-ün 2013-cü ildə baş tutan seçmə görüşlərində yığmamız Lüksemburq, İsrail, Şimaili İrlandiya və Rusiyaya uduzmamışdı. Hər birində 2 qolun vurulduğu bu matçlardan birində britaniyalıları 2:0 hesabı ilə yenən Berti Foqtsun komandası digər 3 oyunda 1:1-lə kifayətlənmişdi. Ötən il AÇ-2016-nın 4 seçmə matçında da Robert Prosineçkinin yetirmələri həmin nəticəni təkrarladı. Yenə 1 qələbə və 3 heç-heçə edən komanda Malta üzərində 2 qollu qələbədən sonra Norveç və Xorvatiya ilə 0:0, Malta ilə 2:2 hesablı heç-heçəyə razılaşdı.
 
Bu dəfəki 3 oyunluq seriyada daha çox - 7 xal toplasaq da, yenilmədiyimiz matç sayında hələ rekordun 1 addımlığındayıq.
 
Həmin nəticəni növbəti dəfə təkrarlamaq üçün gələn ay Şimali İrlandiya ilə səfər matçında xal qazanılmalıdı.
OXŞAR XƏBƏRLƏR