Yığmamıza yeni baş məşqçi təyin olundu

Yığmamıza yeni baş məşqçi təyin olundu
İDMAN
11:20 14.11.2013
1235

Sərbəst güləş üzrə Azərbaycan yığma komandasının yeni baş məşqçisi müəyyənləşib.

Güləş Federasiyasından AZXEBER.COM-a verilən məlumata görə, komandamızı bundan sonra bolqarıstanlı mütəxəssis Semyon Çterev çalışdıracaq. Xatırladaq ki, bu ilin martında keçirilən Avropa çempionatından sonra baş məşqçi Saypulla Absaidovun sərbəst güləş növündə bütün yaş qrupları üzrə yığma komandalara məsləhətçi vəzifəsinə keçirilməsi ilə əlaqədar yığma komandada baş məşqçi vəzifəsi müvəqqəti olaraq Federasiyanın vitse-prezidenti Məhəmməd Əliömərova həvalə edilmişdi. Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan Dünya çempionatından sonra isə Azərbaycan Güləş Federasiyasının rəhbərliyi seçimini son bir neçə ayda yığmada məşqçi kimi çalışan Bolqarıstan yığmasının keçmiş çalışdırıcısı Semyon Çterevin üzərində saxlayıb. Yığma komandamız bu ayın 22-24-də Bakıda keçiriləcək Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsinə Çterevin rəhbərliyi altında hazırlaşır. Millimizin məşqçilər korpusunun digər üzvləri də öz işlərini davam etdirirlər. Baş məşqçi Semyon Çterev bu təyinatı və qarşıdan gələn yarışa hazırlıqları belə qiymətləndirir: “Azərbaycan yığma komandası dünyada həmişə ən güclülərdən olub. Millinin baş məşqçi vəzifəsinin mənə həvalə edilməsini özüm üçün böyük şərəf sayıram. İşimizi elə qurmalıyıq ki, hamı bizim yaxşı çalışdığımızı görə bilsin. Çox yaxşı kollektivimiz və Firdovsi Umudov, David Xurtsiya kimi təcrübəli məşqçilərimiz var. Çalışıb sübut etməliyik ki, Azərbaycan həqiqətən də dünyada ən güclüdür”. Qeyd edək ki, 54 yaşlı bolqar mütəxəssis 1988-ci il Seul Olimpiadasının bürünc mükafatçısı olmaqla yanaşı, həmçinin bir dəfə Dünya, 3 dəfə Avropa çempionatlarında çempionluq sevinci yaşayıb. Bolqarıstan yığmasına rəhbərlik etdiyi dövrlərdə isə onun yetirmələri müntəzəm olaraq ən yüksək yarışların qalib və mükafatçıları olub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
20:56 19.07.2025
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
20:42 19.07.2025
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
20:36 19.07.2025
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
20:28 19.07.2025
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
20:26 19.07.2025
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
20:19 19.07.2025
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
20:17 19.07.2025
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
İlham Əliyev Cənubi Qafqaz haqqında: Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq
20:13 19.07.2025
İlham Əliyev Cənubi Qafqaz haqqında: Kifayətdir, biz artıq sülh şəraitində yaşamalıyıq
Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil - Prezident
20:11 19.07.2025
Azərbaycan vətəndaşı Naxçıvana gedərkən erməni sərhədçinin üzünü görməli deyil - Prezident
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var
20:05 19.07.2025
Prezident: Azərbaycan sabitdir, özünü təmin edir və gələcəyə dair aydın baxışı var