Yığmamızın futbolçusu 6 oyunluq cəza aldı

İDMAN
14:13 02.10.2012
1108
AFFA İntizam Komitəsinin növbəti iclası arxada qalıb.
AZXEBER.COM-un məlumatına görə, toplantıda Premyer Liqanın VII turunda baş verən qayda pozuntularına hüquqi qiymət verilib.“Turan”la səfər matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan “Xəzər Lənkəran” 1000 manat cərimə edilib.Bundan əlavə, matçın 23-cü dəqiqəsində Ruslan Abışov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırılmışdı. Lakin matçın videoyazısını izlədikdə futbolçunun məqsədinin topa zərbə endirmək olduğu aşkar edilmiş və epizod təhlükəli oyun kimi qeydə alınmışdı. Bu səbəbdən futbolçuya göstərilən qırmızı vərəqə ləğv edilib və epizod sarı vərəqə ilə qiymətləndirilib.Amma iclasda cənub təmsilçisi haqda daha sərt qərarlar çıxarılıb. Belə ki, matçın fasiləsində “Xəzər Lənkəran”ın məşqçisi Zaur Ramazanov hakimləri təhqir edib. Bu səbəbdən o, 5 oyunluq cəzalanıb, klub isə 5000 manat cərimə edilib.78-ci dəqiqədə Elnur Allahverdiyev hakimə tüpürdüyü üçün birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb ki, bu səbəbdən 6 oyunluq cəzalanıb. Klub isə daha 5000 manat cəriməyə məruz qalıb.AFFA Azərbaycan milli komandasının məşqçisi Etibar Tarıverdiyevi ağır cəzalandırıb. Apasport.az saytının məlumatına görə, bununla əlaqədar qərar qurumun Nizam-İntizam Komitəsinin bu gün keçirilən iclasında qəbul olunub.Belə ki, “Sumqayıt”da da qapıçılarla işləyən məşqçisi olan Tarıverdiyev Premyer Liqanın VII turunda “Bakı” ilə səfər oyununda hakimləri təhqir etdiyi üçün 5 oyunluq cəzaya, 5000 manatlıq cəriməyə məruz qalıb. O, bu hərəkətinə görə baş hakim Elvin Əsgərov tərəfindən “texniki zona”dan kənarlaşdırılmışdı.“Simurq” – “Qarabağ” matçının 66-cı dəqiqəsində yerli azarkeşlər tərəfindən meydançaya kənar əşya atıldığı üçün meydan sahibi 2000 manat cərimələnib. AZAL isə “Qəbələ” matçında 4 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat cərimə ödəyəcək.

OXŞAR XƏBƏRLƏR