Yığmamızın növbəti sınağı

İDMAN
13:34 14.08.2013
1048

Bu gün Azərbaycan milli komandası növbəti yoldaşlıqgörüşünə çıxacaq.

AZXEBER.COM-un məlumatına görə, yığmamız bu dəfə Malta yığması ilə gücünü sınayacaq. Bakıda “Baksell Arena”da keçiriləcək bu qarşılaşma komandalar arasında dördüncü görüş olacaq. İndiyə kimi Malta yığması ilə üç dəfə üz-üzə gələn millimiz rəqib qapısından 1 top belə keçirmədən (5:0, 3:0, 1:0) məğlub olub. Berti Foqtsun yetirmələri bu dəfə əvvəlki görüşlərdəki uğursuzluqlara son qoymağa çalışacaqlar.  Xatırladaq ki, bu il üç yoxlama oyununa çıxaraq Özbəkistanla (0:0) və Qətərlə (1:1) heç-heçə edən millimiz Lixtenişteyni isə 1 qolla məğlub edib. Yoxlama oyunu 14 avqust 21:00. Azərbaycan – Malta Baş hakim: Aleksandr Əliyev (Qazaxıstan) Bakı, “Baksel Arena” stadionu 

OXŞAR XƏBƏRLƏR