Yığmanın baş məşqçiləri qarşısına konkret tapşırıq qoyuldu

İDMAN
15:25 22.11.2012
1146
Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədovun rəhbərliyi ilə müxtəlif yaş qruplarından ibarət milli komandaların məşqçilərinin iştirakı ilə görüş keçirilib.AZXEBER.COM-un qurumun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə ilin yekunları müzakirə olunduqdan sonra növbəti il ərzində nəzərdə tutulan işlər barədə geniş fikir mübadiləsi aparılıb.
Texniki departamentin rəisi, U-21 yığma komandasının baş məşqçisi Bernhard Lippert, U-19 yığma komandasının baş məşqçisi Arif Əsədov, U-17 yığma komandasının baş məşqçisi Nikolay Adam, U-16 yığma komandasının baş məşqçisi Aslan Kərimov, U-15 yığma komandasının baş məşqçisi Təbriz Həsənov, milli və U-21 komandalarının baş məşqçisinin köməkçiləri Nazim Süleymanov, Etibar Tanverdiyev, Yaşar Vahabzadə və başqaları çıxış edərək növbəti il üçün keçirilməsi nəzərdə tutulan oyunlar və təlim-məşq toplanışları ilə bağlı fikir və təkliflərini bildirdilər.Müzakirələrdən sonra müxtəlif yaş qrupları üzrə yığma komandalarda müəyyənləşən vahid sistemin bundan sonra da davam etdirilməsinin və selkeksionerlərin işinin gücləndirilməsinin vacibliyini bildirildi. Sonda baş katib Elxan Məmmədov çıxış edərək AFFA rəhbərliyi adından hər bir məşqçinin qarşısına konkret vəzifələr qoydu.

OXŞAR XƏBƏRLƏR