"Öyle bir geçer zaman ki": Yeni seriyada nələr olacaq? - VİDEO
MARAQLI
15:18 05.11.2011
2021
İş həyatına tam alışmamış Əli kapitanla bağlı şok yaşayan Cəmiləyə daha bir bəd xəbər gəlir.Əli kapitanın “Karcı Holding”də Kenanın müşaviri kimi düzəlməsi xəbəri bomba təsiri yaradır. Buna ilk növbədə Cəmilə etiraz edir. Üstəlik, bu hadisə toplantının sonuna çatan Selmanı da sarsıdır. Ancaq məqsədinə çatmaqda qərarlı olan Kenanın hər iki qadını zərərsizləşdirmək üçün planı var. İş həyatına tam alışmadan Əli kapitan şoku yaşayan Cəmiləyə daha bir bəd xəbər Hakandan gəlir. Etiraz aksiyası zamanı Berrin də saxlanılır. Cəmilə və Hakan Berrini azad etdirmək üçün polisə gedirlər. Danışıqları eşidən Əli kapitan da onlara qoşulur. Lakin onların üçü də Berrinlə birlikdə Əhmədin də həbs edildiyindən xəbərsizdir.Karolin Mustafanı əlbir olduğu Məsudəyə etibar edərək, Sonerlə görüşməyə gedir. Bundan Aylinin də xəbəri olur.Osman isə sonunda arzusuna çatır. Gülden televizora baxmaq üçün onlara gələcək. Güldenlə baş-başa qalmağın xəyallarını quran Osmanın dəvətsiz qonağı da var. Muratın səhhəti gündən-günə pisləşir. Bunu onun özü də bilir və sürpriz qərar qəbul edir.