Yol gedərkən tanımadığı şəxs tərəfindən bıçaqlandı - AZƏRBAYCANDA

KRİMİNAL
03:27 12.08.2015
2199
Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

AZXEBER.COM-un Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, bu gün axşam saat 9 radələrində Daşkəsən rayonunda bıçaqlanma faktı qeydə alınıb.

Rayonun Alaxançanlı kənd sakini 37 yaşlı Hikmət Namazov ailəsi ilə birlikdə yolla gedərkən naməlum şəxslə aralarında mübahisə yaranıb.

Nəticədə həmin şəxs Hikmət Namazovun üz nahiyyəsinə bıçaqla xəsarət yetirib. Yaralı dərhal Daşkəsən rayon Mərkəzi xəstəxanasına, oradan isə Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR