‘Yol hərəkəti qaydaları qadınlar üçün deyil’ düşünən kişi hədiyyə qazandı - FOTOLAR

MARAQLI
11:13 18.06.2013
3018

“Yol hərəkəti qaydaları qadınlar üçün deyil!” Aranızda neçə nəfər bu fikirdədir? Kim fu fikirlə razılaşmır? Qadınların mübahisəsi yersizdir! Çünki, deyəsən, kişilərin böyük əksəriyyəti bu rəydədir. Elə buna görə də Dodge brendinin facebook müsabiqəsində bu fikir böyük səs çoxluğu ilə sahibinəqalibiyyət gətirib,müsabiqənin əsas hədiyyəsini – bahalı qol saatını qazandırıb.

Digər cavablar da, yəqin ki, kişilərin ürəyindən olar: “Az danışmaq qadınlar üçün deyil!” düşünən müsabiqə iştirakçısı 2-ci hədiyyəni –tanınmış brenddən planşeti apardı.

“Adam kişi olar!” məsəlini qadınlara aid etməyən müsabiqə iştirakçısı isə fotoaparat uddu.

Əzələli avtomobilləri ilə məşhur Amerika brendi Dodge-un Facebook-da keçirdiyi “Qadınlar üçün deyil” müsabiqəsi xüsusilə kişilər arasında geniş rezonans doğurdu və elə ilk iyirmiliyə düşən cavablar da mentalitetin dəstəklədiyi tabular və onların qoruyucusu kişilər oldu: təsbeh fırlatmaq, kişi işinə qarışmaq, konkret söhbət xırdalamaq, avtobusda ən arxa cərgədə oturmaq, keçəl qırxdırmaq… Kişilərin qadınlara yaraşdırmadıqları cəhətlərdən bəziləri jüri üzvlərinin marağına səbəb oldu:misal üçün, nəyə görə metroda mürgüləməyi kişilər qadınlara yaraşdırmır? “N saylı hərbi hissə qadınlar üçün deyil” fikrinin çox səs toplaması azərbaycanlı kişilərin əsgəri xidmətdə qızları görmək istəmədiyininümayiş etdirdi.

Müsabiqənin qaliblərinə hədiyyələripeşəkar boksçu, «Dodge Charger Kişilər üçün!kampaniyasının siması Əli İsmayılov Park Bulvar ticarət mərkəzində keçirilən tədbirdə təqdim etdi. Məşhur boksçu «Dodge Charger- Kişilər üçün» kampaniyasının siması olmaqla yanaşı, həm də müsabiqənin münsiflər heyətinin üzvü kimi iştirak edirdi. Tədbirə Dodge brendinin daxil olduğu Chrysler qrupun cinqlının (Saf qan Amerikan) ifaçısı reper AiD də (Orxan Zeynalov) qatıldı. Reperin "Satılmış səhnələr" klipi tədbirə yığışanlara hədiyyə edildi.

Qeyd edək ki, Genna Azərbaycan reklam agentliyinin Auto Azərbaycan şirkəti üçün hazırladığı “Qadınlar üçün deyil” Facebook tətbiqetməsi 2 həftə aktiv olmuşdur. Bu müddətdə müzakirələrdə böyük əksəriyyəti kişilər olmaqla, 600-ə yaxın adam iştirak etmişdir.

OXŞAR XƏBƏRLƏR