Yol polisi BNA rəhbəri Vüsal Kərimlini cərimələdi: "Jalüz pərdələr taxıb"

Yol polisi BNA rəhbəri Vüsal Kərimlini cərimələdi: "Jalüz pərdələr taxıb"
SOSİAL
17:26 13.05.2019
4708
Bakı şəhər Baş Polis İdarəsi DYPİ-nin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimliyə qaydaları pozduğuna görə yol polisi tərəfindən cərimə protokolu tərtib edilməsi barədə yayılan məlumata aydınlıq gətirib.

Vaqif Əsədov Axar.az-a bildirib ki, məlumat həqiqətəuyğun deyil.

"Vüsal Kərimlinin BMV model avtomobili özü idarə edən zaman yol polisi tərəfindən saxlanılması, avtomobilin arxa yan şüşələrində jalüz pərdələr taxıldığı üçün polis tərəfindən sürücü Vüsal Kərimliyə 150 manat cərimə protokolu tərtib edilməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir”, - V.Əsədov bildirib.

Qeyd edək ki, Demokrat.az saytı Vüsal Kərimlinin BMV model avtomobili özü idarə edən zaman yol polisi tərəfindən saxlanıldığı, arxa yan şüşələrində jalüz pərdələr taxıldığı üçün polis tərəfindən 150 manat cərimə edildiyi haqda məlumat yaymışdı.

Bildirilirdi ki, bu hadisədən sonra Vüsal Kərimli Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinə sözügedən yol polisindən şikayət edərək, ona cərimənin düzgün yazılmadığını bildirib. Ancaq Dövlət Yol Polisi İdarəsi bu məsələ ilə bağlı araşdırma apardıqdan sonra məlum olub ki, Vüsal Kərimliyə tərtib edilmiş sözügedən cərimə protokolu tam doğru olub. Həmin vaxtı Vüsal Kərimli yol qaydalarını pozduğuna görə həmin cərimə qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, avtomobillərdə arxa yan şüşələrə jalüz pərdə və plyonkaların vurulmasına icazə mayın 1-dən noyabrın 15-dək qüvvədə olur.
OXŞAR XƏBƏRLƏR