Yol polisi piyadaya gülməli bildiriş göndərdi– FOTO

Yol polisi piyadaya gülməli bildiriş göndərdi– FOTO
SOSİAL
13:00 08.08.2016
6591
Bakıda yol polisinin piyadaya yazdığı cərimə narazılıq yaradıb.
Cəfər Cəfərli deyib ki, o, piyada keçıdinə daxil olub bir neçə addım atandan sonra svetoforun qırmızı işığı yanıb. Qarşı tərəfdə olan polis isə ona protokol yazaraq 20 manat cərimə edib. Amma o, protokolu imzalamaqdan imtina edib. Bunun əvəzində Cəfər Cəfərlinin ünvanına fotoda gördüyünüz bildirişi göndəriblər. Bildiriş Xətai rayon Dövlət Yol Polisi Şöbəsinin inzibati təcrübə üzrə baş inspektoru, polis mayoru Qədir Zeynalovun imzası ilə göndərilib. Cəfər Cəfərli deyir ki, ona qanunsuz olaraq yazılan protokol bir yana, DYP-dən gələn bildirişin forması da normal deyil. Belə ki, bildiriş nəqliyyat vasitələrinin sürücüləri üçün nəzərdə tutulsa da, piyadaya da eyni formalı bildirişlərdən göndərirlər. Belə ki, bildirişin bu hissəsi Cəfər Cəfərlidə gülüş və təəccüb yaradıb: "Piyada markalı, piyada dövlət qeydiyyat nişanlı avtomobil..."
Vətəndaş bildirir ki, o piyadadır və üzərində markası və dövlət nömrə nişanı yoxdur... Buna görə də Cəfər Cəfərli DYP-yə getməyə bilər. Çünki onun piyada markalı avtomobili yoxdur. Və ona aid texniki şəhadətnaməsi də mövcud deyil. Yəni, bu bildirişdə vətəndaşın DYP-yə niyə çağırıldığı aydın deyil.
Doğrudan da, bu cür bildiriş formalarının vətəndaşlara göndərilməsi normal hal sayıla bilməz. Bir halda ki, Dövlət Yol Polisi Azərbaycanda, xüsusən də Bakı şəhərində piyadalara qarşı ciddi mübarizə aparır, o zaman piyadalar üçün də ayrıca bildiriş və protokol formasının hazırlanması yaxşı olardı. Belə olduqda, vətəndaşlar da DYP-nin göndərdiyi sənədi gülüş obyektinə çevirməzlər.
O ki qaldı piyadanın qayda pozmadığını, keçidə daxil olandan sonra svetoforun qırmızı işığının yandığı fikirlərinə, əgər, doğrudan da, vəziyyət belədirsə, o zaman ona cərimə yazmaq doğru deyil. Çünki qanunvericiliyə görə, piyada və ya sürücü yalnız svetoforun qadağanedici siqnalı verilərkən hərəkəti davam etdirməyə görə məsuliyyət daşıyırlar. Qadağanedici siqnal verilərkən yolayırıcana və ya keçidə daxil olan piyada, yoxud nəqliyyat vasitəsi hərəkəti başa çatdırmalıdır və onlara yol vermək lazımdır.
Ümid edirik ki, Cəfər Cəfərlinin müraciəti ilə bağlı kamera görüntülərinə baxandan sonra DYP tərəfindən obyektiv qərar çıxarılacaq.
///avtosfer.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
01:17 05.03.2026
Bayramqabağı meyvə-tərəvəz və çərəzlərin SON QİYMƏTLƏRİ - VİDEO
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır