Yol polisi sürücülərə müraciət edib: "Qaydalar dəyişib"

Yol polisi sürücülərə müraciət edib: "Qaydalar dəyişib"
SOSİAL
14:11 12.12.2018
4034
Respublika Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) vətəndaşlara müraciət edib.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, idarənin şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev bildirib ki, yol qəzaları bir çox hallarda avtomobillərin nasazlığı ucbatından baş verir: "Artıq həyatımızın ayrılmaz hissəsinə çevrilmiş avtomobillərdən hər gün istər özümüz, istərsə də doğmalarımız, tanışlarımız istifadə edir. Odur ki, nəqliyyat vasitəsinin texniki cəhətdən saz vəziyyətdə olması, hər şeydən əvvəl daha çox özümüzə lazımdır. Elə həm də buna görədir ki, nəqliyyat vasitələrinin texniki vəziyyətinin yol hərəkətinin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi baxımından tələblərə uyğun olması "Yol hərəkəti haqqında" qanunda öz əksini tapıb. Həmin qanunun tələblərinə əsasən, yol hərəkətində istifadə olunan mexaniki nəqliyyat vasitələri vaxtlı-vaxtında texniki baxışa təqdim olunmalıdır".

R.Quliyev qeyd edib ki, texniki baxış zamanı təkcə avtomobilin texniki vəziyyəti yoxlanılmır, eyni zamanda onun mənsubiyyəti, qeydiyyat məlumatları dəqiqləşdirilir, cinayətkarlığa və digər hüquqpozmalara qarşı mübarizə tədbirləri həyata keçirilir: "Bütün bunlar isə vətəndaşlarımızın həyat və sağlamlığının qorunmasına, təhlükəsizliyinin təmin edilməsinə xidmət edir. "Yol hərəkəti haqqında" qanuna müvafiq olaraq, avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri və s. ildə 1 dəfə, diqər minik və yük avtomobilləri isə istehsal olunduqları vaxtdan dörd il keçdikdə - iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə - ildə bir dəfə texniki baxışa təqdim edilməlidir".

Baş DYP İdarəsi qeyd edir ki, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi qaydalarının daha da təkmilləşdirilməsi məqsədilə "Yol hərəkəti haqqında" qanunun müvafiq maddələrinə bir sıra əlavə və dəyişikliklər edilib: "Bu dəyişikliklər ilk növbədə avtomobillərin texniki baxışa təqdim edilməsi vaxtı ilə əlaqədar olduğundan daha da maraq doğurur. Belə ki, əvvəlki qaydalara görə mexaniki nəqliyyat vasitələrinə texniki baxış yanvarın 1-dən oktyabrın 31-dək olan müddətdə keçirilirdisə, saz nəqliyyat vasitələrinə kağız daşıyıcıda texniki talon verilirdisə, artıq bu qaydalar ləğv edilib. Qanuna edilmiş dəyişikliyə əsasən nəqliyyat vasitələrinin növbəti texniki baxışdan keçiriləcəyi günü müəyyən etmək üçün həmin avtomobillər yuxarıda qeyd etdiyimiz texniki baxışdan keçmə müddəti əvvəlki texniki baxışın keçirildiyi gündən hesablanmalıdır. Qanunvericilikdə edilmiş daha bir dəyişikliyə əsasən, nəqliyyat vasitəsinin növbəti texniki baxışının keçiriləcəyi gündən 20 gün ərzində texniki baxışdan keçirilməməsi inzibati məsuliyyətə səbəb olur: "Başqa sözlə desək, nəqliyyat vasitəsi verilmiş müddətin bitdiyi sonuncu gündən 20 gün ərzində texniki baxışa təqdim edilməlidir. Bu müddət bitdikdən sonra texniki baxışdan keçməmiş nəqliyyat vasitələri yol hərəkətində iştirakı zamanı xüsusi texniki vasitələrlə aşkarlanır və onun istifadəçisi barədə avtomatik rejimdə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır. Avtomobilini texniki baxışdan keçirmədən idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxsə bu xətanı aradan qaldırmaq üçün daha 20 gün imkan yaradılır".

DYP rəsmisi qeyd edir ki, bu müddət başa çatanadək nəqliyyat vasitəsini hələ də texniki baxışa təqdim etməyən şəxs 20 gündən sonra yenidən inzibati məsuliyyətə cəlb edilir və bu proses ardıcıl davam edir: "Məlumat üçün bildirim ki, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs avtomobilini müəyyən edilmiş növbəti texniki baxışın keçiriləcəyi gündən əvvəl də Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə Mərkəzlərinə təqdim edə bilər. Lakin unutmaq lazım deyil ki, belə olduqda növbəti dəfə avtomobilinizin texniki baxışa təqdim olunma vaxtı dəyişiləcək və bu müddət avtomobilinizin sonuncu dəfə texniki baxışdan keçirildiyi gündən hesablanacaq".

R.Quliyev onu da bildirib ki, qanuna edilmiş daha bir mühüm dəyişiklik texniki baxışdan keçmiş nəqliyyat vasitəsi barədə elektron talonun tərtib olunmasıdır: "Bu halda artıq nəqliyyat vasitələrinin ön şüşəsinə vurulan texniki baxış talonuna ehtiyac qalmır. Belə ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə tərtib edilən elektron talon, dərhal elektron qaydada "ASAN ödəniş" sisteminə göndərilir və həmin sistem texniki baxış haqqında elektron talonu hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış elektron kabinetə yerləşdirir və onu şəxsin elektron ünvanına (olduğu halda) göndərir.

Texniki baxışa təqdim edilən avtobuslarda, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobillərində nasazlıqlar aşkar edildikdə onun sahibinə həmin nasazlıqlar barədə bildiriş verilir. Yalnız, bildirişdə qeyd edilən nasazlıqlar aradan qaldırıldıqdan sonra həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunur.

Digər avtomobilləri texniki baxışdan keçirildikdən sonra əvvəlcə bu barədə elektron talon tərtib olunur. Əgər texniki baxış zamanı nasazlıqlar aşkar edilibsə bu barədə avtomobil sahibinə bildiriş verməklə ona nasazlıqların aradan qaldırılması tövsiyə olunur. Həmin minik avtomobili növbəti texniki baxışa təqdim edilərkən bildirişdə qeyd edilən nasazlıqlar təkrar aşkar edilərsə, bu dəfə nasazlıqlar aradan qaldırılmayanadək nəqliyyat vasitəsinin texniki baxışdan keçməsi barədə elektron talon tərtib olunmur".

Şöbə rəisi qeyd edib ki nəqliyyat vasitələrinin texniki baxışa təqdim edilməsi qaydalarına edilmiş mühüm əlavə və dəyişikliklərdən biri də inzibati cərimələrin ödənilməsi ilə bağlıdır: "Nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan şəxs yalnız barəsində tətbiq edilən inzibati cərimələri ödədikdən sonra onun təqdim etdiyi nəqliyyat vasitəsinə texniki baxış həyata keçirilə bilər".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
08:38 31.03.2026
Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
08:36 31.03.2026
İlham Əliyev Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı - Bəyanat
08:33 31.03.2026
XİN-dən Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı - Bəyanat
Vüqar Rəhimzadə: 31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir
08:22 31.03.2026
Vüqar Rəhimzadə: 31 Mart soyqırımı təkcə Azərbaycan xalqının deyil, bəşər tarixinin ən qanlı faciələrindəndir
ABŞ-nin Venesueladakı səfirliyi rəsmən fəaliyyətini bərpa edir
05:18 31.03.2026
ABŞ-nin Venesueladakı səfirliyi rəsmən fəaliyyətini bərpa edir
De Zerbi "Tottenhem"in yeni baş məşqçisi olacaq
03:34 31.03.2026
De Zerbi "Tottenhem"in yeni baş məşqçisi olacaq
İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçib
02:41 31.03.2026
İranda zərər görən mülki obyektlərin sayı 105 mini keçib
Fars körfəzi ölkələrinin antiballistik raketləri tükənir
01:55 31.03.2026
Fars körfəzi ölkələrinin antiballistik raketləri tükənir
Aramsız yağan yağış Masazır sakinlərini içməli susuz qoydu - VİDEO
01:12 31.03.2026
Aramsız yağan yağış Masazır sakinlərini içməli susuz qoydu - VİDEO
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ - VİDEO
00:39 31.03.2026
Sürücü və sərnişinlərin "konum" dərdi: Ünvanların tapılmamasının SƏBƏBLƏRİ - VİDEO
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
00:01 31.03.2026
31 mart Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
İsraildə terrorçular artıq edam ediləcək
23:42 30.03.2026
İsraildə terrorçular artıq edam ediləcək
"Gerçək vəd - 4" əməliyyatının 87-ci dalğası keçirilib
23:39 30.03.2026
"Gerçək vəd - 4" əməliyyatının 87-ci dalğası keçirilib
ABŞ İrana qarşı hərbi əməliyyatının xərclərini ərəb ölkələrindən almaq istəyir
23:21 30.03.2026
ABŞ İrana qarşı hərbi əməliyyatının xərclərini ərəb ölkələrindən almaq istəyir
Bu ərazilərdə evlər kəskin ucuzlaşacaq
23:08 30.03.2026
Bu ərazilərdə evlər kəskin ucuzlaşacaq
Toy etmək istəyənlərin nəzərinə: Restoran sahiblərindən qiymətlərlə bağlı açıqlama - VİDEO
22:56 30.03.2026
Toy etmək istəyənlərin nəzərinə: Restoran sahiblərindən qiymətlərlə bağlı açıqlama - VİDEO