Yol polisi sürücünün kamerasını sillələdi - VİDEO

Yol polisi sürücünün kamerasını sillələdi - VİDEO
SOSİAL
13:12 08.08.2017
981

İsmayıllı-Qəbələ yolunda Dövlət Yol Polisinin əməkdaşı ilə sürücü arasında mübahisə düşüb. 

AZXEBER.COM xəbər verir ki, baku.ws-in redaksiyasına göndərilən videodan görünür ki, Yol Polis Xidmətinin əməkdaşı sürücü çəkiliş apararkən kamerasına vurub.

Məlumata görə, sürücü iddia edir ki, YPX-in əməkdaşı onları düz yolda ötmə əməliyyatı etdiklərinə görə saxlayıb. Onlar inspektordan qayda pozduqlarını sübut etməsini istəyiblər. 
 
Sürücünün sənədlərini polisə verməməsi inspektoru əsəbiləşdirib. O, çəkiliş zamanı kameranı vurub. 


OXŞAR XƏBƏRLƏR