Yol polisindən piyadalara xəbərdarlıq: ""Avtoş"lara baxmayın"

MARAQLI
18:24 17.07.2011
1733
Bakı şəhər Dövlət Yol Polis İdarəsi paytaxtda avtomobilini normal idarə etməyən sürücülərə qarşı mübarizə tədbirlərini gücləndirib. Bu barədə qurumun yol hərəkətinin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov məlumat verib. 

Yol polisinin rəsmisi avtoşlarla yanaşı, onlara tamaşa etmək üçün hər gün gecə saatlarında Füzuli meydanına gələn vətəndaşlara da xəbərdarlıq edib. “Saxlanılan avtoxuliqanların çalışdığı, yaxud təhsil aldığı müəssisə rəhbərliyi qarşısında da, onların intizam məsuliyyətinə cəlb edilməsi üçün vəsadətlər qaldırılacaq. Çalışacağıq ki, avtoxuliqanlıq edənlərin hər biri barəsində çox ciddi olaraq ölçü götürülsün".

OXŞAR XƏBƏRLƏR