Yol polisindən baş verən qəza ilə bağlı - Açıqlama

Yol polisindən baş verən qəza ilə bağlı - Açıqlama
SOSİAL
16:38 06.02.2019
4716
Bu gün saat 09:00 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, Nübar yaşayış massivində avtobus qəzası baş verib.

Qəza ilə bağlı BDYPİ-nin şöbə rəisi Rüfət Quliyev AZXEBER.COM-a məlumat verib ki, 551 saylı marşrut xətti üzrə hərəkətdə olan "Saz NP37” markalı, 99-KU-551 dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü idarəetməni itirərək yoldan çıxmış və yol kənarında dayanmış "DAF” markalı yük avtomobilinə dəyib.

Polis polkovnik-leytenantı onu da qeyd edib ki Qəzada xəsarət almış sürücü və üç nəfər sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR