Yol polisindən vətəndaşlara MÜRACİƏT

Yol polisindən vətəndaşlara MÜRACİƏT
SOSİAL
21:24 09.04.2023
176
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə "Formula-1" Azərbaycan Qran-Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işləri aparılır.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsində AZXEBER.COM-a bildirilib ki, "Formula-1"-in keçiriləcəyi yollar bu gecədən bağlanacaq.

Sürücülərin nəzərinə çatdırılıb ki, növbəti mərhələdə Neftçilər prospekti boyunca beton blokların quraşdırılması səbəbindən bu gecə saat 22:00-dan etibarən Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi beynəlxalq tədbirə hazırlıq ərəfəsində yollarda aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar göstərdikləri anlayışa görə hərəkət iştirakçılarına öncədən təşəkkür edir
OXŞAR XƏBƏRLƏR