Yol polisindən vəzifəli şəxslərə xəbərdarlıq: “Day-day” dövrü bitdi

Yol polisindən vəzifəli şəxslərə xəbərdarlıq: “Day-day” dövrü bitdi
SOSİAL
11:01 26.10.2017
10024
Artıq bir müddətdir ki, mediada bəzi yüksək vəzifəli şəxslərin, məmurların xidmətində olan avtomobillərin yol hərəkəti qaydalarının əməl etməmələri, yol polisi tərəfindən yazılmış cərimələri ödəməmələri barədə məlumatlar yer alır.

AZXEBER.COM xəbər verir ki, məsələ ilə bağlı milli.az-ın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki, ötən 5 ildə Bakıda baş verən yol qəzalarının, eləcə də ölən və xəsarət alanların sayı getdikcə azalır. Hətta ötən illə müqayisədə inzibati məsuliyyətə cəlb edilən sürücülərin də sayında azalma müşahidə edilib. Bütün bunlar isə qanunvericilikdə edilən dəyişiklər və yol polisi tərəfindən görülən tədbirlər nəticəsində əldə olunub:

"Bu o deməkdir ki, yol polisi yerindədir, işləyir, həmçinin, tətbiq edilən cəzalar və onların təsir mexanizmi müsbət nəticələr əldə etməyə imkan verir. Hadisələr, ölən və xəsarət alanlar azalırsa, bu yaxşıya doğru dəyişiklik deməkdir. Konkret faktlar üzrə tərəfimizdən qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülür. Əgər İnzibati Xətalar Məcəlləsində vəzifəli, yaxud hüquqi şəxslərin cərimələnməsi nəzərdə tutulubsa, birmənalı olaraq bu barədə protokol tərtib edilir. Artıq "mən filankəsəm, məsuliyyətə cəlb edilə bilmərəm” söhbəti yoxdur.
Bu gün paytaxt ərazisində, ümumiyyətlə, ölkədə yollarda tətbiq edilən müasir texnologiya, yol polislərinin istifadə etdikləri yeni texniki vasitələr artıq "day-day”, "filankəsəm”, "dosta zəng” kimi şeyləri tanımır”.

Bölmə rəisi qeyd edib ki, qanun kimliyindən, peşəsindən və vəzifəsindən asılı olmayaraq hamı üçün eynidir: "Əgər mən özüm yol polisi polkovniki olaraq şəxsi avtomobilimi könüllü sığortalayıramsa, onu vaxtında texniki baxışdan keçirirəmsə, bunları həm qanunlara hörmət naminə, həm də cərimə ödəməmək üçün edirəm. Bunu ona görə etmirəm ki, kimdənsə qorxuram. Xeyr, sadəcə qanun deyir ki, bu belə olmalıdır. Hamı bilir ki, avtomobil sığorta olunmayanda, texniki baxışdan keçməyəndə, sürücü kəməri taxmayanda müasir texnika və texnologiyanın tətbiq edilməsinin nəticəsində avtomatik məsuliyyətə cəlb edilir.

Artıq milli xüsusiyyətimiz, mentalitetimizlə bağlı təhlükəli vərdişlər yavaş-yavaş unudulur. Bizdə də yol hərəkəti mədəniyyəti getdikcə formalaşır. Təhlükəsizlik kəmərini taxanların sayı gün-gündən artır. Vaxtilə işıqforun qırmızı işığında keçənlər özünü qəhrəman hesab edirdisə, indi açıq-aşkar başa düşür ki, bu qəza deməkdir. Vaxtilə sükan arxasında mobl telefonla danışmaq dəb idisə, indi buna görə yüksək məbləğdə cərimə olunduğunu anlayıb etmirlər. Vaxtilə sərxoş vəziyyətdə avtomobili idarə edənlər kiməsə və ya nəyəsə arxalanırdısa, indi statistik göstəricilər onu deməyə əsas verir ki, kimliyindən asılı olmayaraq belə hal aşkarlanırsa, o, qanun qarşısında cavab verməli olur.
Bir daha bəyan edirəm ki, indiki dövrdə "dosta zəng” və ya "görmədim”, "bilmədim”, "filankəsəm” kimi ifadələrin işlədilməsi keçərli deyil!”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
00:21 05.03.2026
Hakan Fidan Rubio ilə İranın atdığı raketi müzakirə edib
İsrail Təbrizə güclü zərbə endirib
00:02 05.03.2026
İsrail Təbrizə güclü zərbə endirib
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
23:52 04.03.2026
İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
23:44 04.03.2026
“Qarabağ” Azərbaycan kubokunun yarımfinalına yüksəldi
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM -  VİDEO
23:28 04.03.2026
İctimai nəqliyyatda bank kartı ilə ödənişlərdə PROBLEM - VİDEO
İranlı ayətullah cihad elan etdi
23:20 04.03.2026
İranlı ayətullah cihad elan etdi
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
23:17 04.03.2026
“Yorğanı qaldıranda gördüm ki, çarpayı qan içindədir” - Video
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
21:54 04.03.2026
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib