Yol polisinin saxladığı günün sabahı həmin yerdə dayanmaya görə cərimə protokolu gəldi... - VİDEO

Yol polisinin saxladığı günün sabahı həmin yerdə dayanmaya görə cərimə protokolu gəldi... - VİDEO
SOSİAL
09:35 02.08.2023
172
Paytaxt sakini Ramil Eyvazovun başına qəribə hadisə gəlib.

Bir neçə gün öncə polis bu vətəndaşın idarə etdiyi avtomobili saxlayıb, sənədləri yoxlayıb və bir neçə dəqiqədən sonra sürücü yoluna davam edib.

Səhəri gün isə sürücüyə həmin yerdə dayandığına görə cərimə gəlib.

20 ildir avtomobil idarə etdiyini deyən sürücü yazılmış cəriməni doğru hesab etmir.
O, aidiyyəti üzrə müraciət etdiyini, amma 20 manat məbləğində olan cərimənin hələ də silinmədiyini vurğulayıb.
Baş Dövlət Yol Polisi İdarəsindən məsələ ilə bağlı bildirilib ki, məsələ araşdırılacaq və 15 iş günü müddətində ona hüquqi qiymət veriləcək.

Daha ətraflı süjetdə:
 

OXŞAR XƏBƏRLƏR