Yol tikintisinə 4,8 milyon manat ayrıldı

Yol tikintisinə 4,8 milyon manat ayrıldı
SOSİAL
18:31 04.09.2018
3307
Prezident İlham Əliyev Şəmkir rayonunun Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayaıb.

AZXEBER.COM xəbər verir ki, dövlət başçısı yetmiş bir min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayırıb.
OXŞAR XƏBƏRLƏR