Yol verməyən sürücünün avtomobilini təpiklə vuraraq əzdi - Həbs edildi - VİDEO

Yol verməyən sürücünün avtomobilini təpiklə vuraraq əzdi - Həbs edildi - VİDEO
DÜNYA
14:55 25.08.2025
366
Türkiyənin paytaxtı Ankarada mikroavtobus sürücüsü ona yol verməyən digər sürücünün avtomobilini təpiklə vuraraq zədələyib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, həmin anlar hadisə yerində olan şəxslərin telefonunun kamerasına tuş gəlib.
 
Ətrafdakılar sürücünü sakitləşdirməyə çalışsalar da, sürücü öz əməlindən vaz keçməyib.

Zərərçəkən sürücü polisə şikayət edib və avtobus sürücüsünün sürücülük vəsiqəsi əlindən alınıb.
 
Həmin sürücü barəsində də cinayət işi başlanıb.
 
Hadisənin baş verdiyi anları təqdim edirik:
 
Mikayıl