Yola qum səpən yük maşını qəza törətdi, prospektdə tıxac yarandı

Yola qum səpən yük maşını qəza törətdi, prospektdə tıxac yarandı
SOSİAL
18:27 15.12.2016
942

Bakıda qeyri-sabit hava şəraiti ilə bağlı yollara qum səpən yük maşını qəza törədib.

Hadisə paytaxtın Nobel prospektində baş verib. Prospektə qum səpən yük maşını idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.

Hadisə nəticəsində böyük tıxac yaranıb. Hazırda yük maşınının ərazidən götürülməsi və tıxacın aradan qaldırılması istiqamətində iş gedir.


///Trend
OXŞAR XƏBƏRLƏR