"Yoldaşım komandirdir, mən də onun əsgəriyəm" - Ofeliya

"Yoldaşım komandirdir, mən də onun əsgəriyəm" - Ofeliya
MAQAZİN
11:56 07.10.2025
195
"Mənim həyat yoldaşım hərbiçidir, məni də elə öyrədib. O komandirdir, mən də onun əsgəri".
 
AZXEBER.COM xəbər verir ki, bu sözləri qalmaqallı fikirləri ilə tanınan müğənni Ofeliya Şabanova deyib.
 
"Öz aramızda" verilişində qonaq olan sənətçi, "Corab yumaq mövzusu olmasa idi, məni dinləmirdilər" deyərək yenidən gündəm olacaq açıqlamalar verib:
 
"Mən 24 ildir sənətdəyəm, oxuyuram. O corab çıxışları olana qədər, niyə bəs mənə qulaq asmırdız? Mütləq mən şəxsi həyatdan nə isə deməliydim ki, sizə maraqlı olum. Mən səhv söz deməmişəm, ailə dəyərlərini təbliğ eləmişəm. Kimsə bu sözləri bəyənmirsə, izləməsin məni. Mənim həyat yoldaşım hərbiçidir, məni də elə öyrədib. O komandirdir, mən də onun əsgəriyəm. Bunu deməkdən nə çəkinmirəm, nə də utanmıram. Niyə də gizlətməliyəm? O nə desə baş üstə deyirəm".

Aysel
OXŞAR XƏBƏRLƏR