Yolu qaçaraq keçən məktəblini maşın vurdu - VİDEO

Yolu qaçaraq keçən məktəblini maşın vurdu - VİDEO
SOSİAL
13:21 05.11.2025
357
Dünən Bakıda yeniyetmənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, qəza Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi 14 İyul küçəsində qeydə alınıb.
 
Hadisə 101 nömrəli məktəbin qarşısında baş verib.

Əbdürəhman Natiq oğlu Rəhimov idarə etdiyi "Kia Sorento” markalı avtomobillə piyada 2012-ci il təvəllüdlü Banu Zahid qızı Qədəşovanı vurub. O aldığı xəsarətlərdən ölüb.

Faktla bağlı Suraxanı RPİ-də cinayət işi başlanaraq istintaq aparılır.
 
///Milli.az


OXŞAR XƏBƏRLƏR