Xalq artistləri Mübariz Tağıyev, Tünzalə Ağayeva, Əməkdar artistlər Aybəniz Haşımova, Ramil Qasımov, Samirə Əliyeva, Ehtiram Hüseynov və müğənni İlkin Dövlətov bir araya gələrək layihə təqdim ediblər.
AZXEBER.COM xəbər verir ki, ifaçılar birlikdə Qərbi Azərbaycan mövzusunda yazılan musiqi əsəri - "Zəngəzur mahnısı”nı səsləndiriblər.
Bəstənin sözləri Şahin Musaoğluna, musiqisi isə Əməkdar artist Vüqar Camalzadəyə aiddir.
Bəstənin ekran həlli rejissor Natiq Novruzova həvalə olunub.
Aysel