Yolun vəziyyətinə görə ziyan çəkən sürücülərə ŞAD XƏBƏR

Yolun vəziyyətinə görə ziyan çəkən sürücülərə ŞAD XƏBƏR
SOSİAL
19:47 08.01.2019
4644
Yol təsərrüfatına eləcə də dövlət əmlakına sürücülər tərəfindən ziyan vurulduqda, ona dəymiş ziyan ödənilir. Bəs vətəndaşlara həmin qurumlar tərəfindən ziyan dəydikdə necə, ödənilirmi?

AZXEBER.COM bildirir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı süjet hazırlayıb.

Qanunvericiliyə əsasən, əgər yolun vəziyyətinə görə avtomobilə ziyan dəyərsə və ya qəza halları baş verərsə, sürücüyə dəymiş ziyan ödənilməlidir. Amma əksəriyyət bundan xəbərsizdir. Dəymiş ziyanın ödənilməsi üçün isə, ilk növbədə, həqiqətən, bunun yolun vəziyyətinə görə baş verməsi sübut olunmalıdır.

Elməddin Muradlı - Ekspert: "Yol polisi tərəfindən qəza ilə bağlı formalar alınır, Avtomobil texniki servisdə qiymətləndirilir və bu toplu sənədlərlə məhkəməyə müraciət edib dəymiş ziyanı ala bilər".

Sürücüyə dəymiş zərər sığorta şirkətləri tərəfindən ödənilə bilər. Amma avtomobilini icbari sığorta etdirmiş sürücülər bu halda çətinliklə üzləşə bilər. Onlar bunun üçün məhkəməyə müraciət etməli, bir müddət gözləməlidirlər. Kasko sığorta da isə vəziyyət fərqlidir.

İlkin Nəcəfov - Sığortaçı: "Kasko sığorta ilə dəymiş ziyan ödənir. Sonra sığorta şirkəti həmin qurumdan ödədiyi məbləği tələb edir. Əksər hallarda həmin orqanlar məhkəməsiz o ödənişi ödəməyə çalışır".

Sığorta ödənişlərindən əlavə, yolun vəziyyətinə görə dəymiş ziyan aidiyyəti qurumlar tərəfindən də ödənilə bilər. Əgər hadisə təmir aparılan yolda müvafiq məlumatverici nişanların qoyulmaması, yaxud səhv qoyulması ucbatından baş verərsə, sürücü ziyanın ödənilməsini tələb edə bilər. Bu zaman dövlət qurumunun günahı sübuta yetirilməlidir.

Anar Nəcəfli - AAYDA-nın mətbuat katibi: "Yol infrastrukturu dedikdə təkcə AAYDA nəzərdə tutulmamalıdır. Burada digər komunnal xidmətləri sahələri də var. Belə hallar baş verərsə, AAYDA-nın günahı sübuta yetirilsə, vətəndaşa dəyən ziyan ödənilər".

Hər bir halda xoşagəlməz sonluqlardan qaçmaq üçün yollarda son dərəcədə diqqətli olmaq lazımdır. Çünki statistika göstərir ki, əksər yol qəzalarında ən çox zərər sürücülərə dəydiyi kimi, ən böyük məsuliyyət də elə onların üzərinə düşür. Qaydalara riayət edək ki, sonda belə xoşagəlməz hallarla rastlaşmayaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mingəçevir su anbarında üç gündə ikinci bədbəxt hadisə: 24 yaşlı oğlan həyatını itirdi
22:55 11.07.2026
Mingəçevir su anbarında üç gündə ikinci bədbəxt hadisə: 24 yaşlı oğlan həyatını itirdi
Ana-bala birlikdə məzun oldu - Foto
22:39 11.07.2026
Ana-bala birlikdə məzun oldu - Foto
"Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb"
22:24 11.07.2026
"Son 80 ildə Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq Qələbə qazanmayıb"
İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?
22:12 11.07.2026
İki yaşdan kiçik uşaqlara şokolad vermək olar?
Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?
21:52 11.07.2026
Deputatlar məzuniyyətə çıxır: Quba, Qarabağ, Lerik... - Kim hara gedəcək?
İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?
21:41 11.07.2026
İş axtaran 50 yaşdan yuxarı şəxslərə şad xəbər: məhdudiyyət aradan qalxır?
Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi
21:25 11.07.2026
Yaxın Şərqdə GƏRGİNLİK: İsrail Livana zərbələr endirdi
Bakıda işçi müdirini qətlə yetirib, meyitini gölə atdı
21:08 11.07.2026
Bakıda işçi müdirini qətlə yetirib, meyitini gölə atdı
Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşə dair paylaşım - Video
20:56 11.07.2026
Quzeyxırman və Güneyxırman sakinləri ilə görüşə dair paylaşım - Video
Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
20:35 11.07.2026
Qaradağda ağır qəza - Ölən və yaralananlar var - Fotolar
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
20:25 11.07.2026
32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
20:20 11.07.2026
Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"
20:18 11.07.2026
"Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir"
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
20:17 11.07.2026
İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
20:00 11.07.2026
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub
19:57 11.07.2026
İlham Əliyev Xocavənd rayonunun Quzeyxırman kəndində olub