Yoluxma sürətlə artır - Karantin rejimi nə vaxt sərtləşdiriləcək? - AÇIQLAMA

Yoluxma sürətlə artır - Karantin rejimi nə vaxt sərtləşdiriləcək? - AÇIQLAMA
SOSİAL
14:50 16.03.2021
8121
Ölkədə Novruz bayramından sonra epidemioloji vəziyyətə uyğun olaraq karantin sərtləşdirilə bilər.

AZXEBER.COM xəbər verir ki, bunu ARB24-ün "Nə baş verir?” verilişinə müsahibəsində həkim Adil Qeybulla deyib.

O bildirib ki, bayram günlərində karantinin olması insanlara mənfi təsir edə bilər:

"Azərbaycanda ikinci dalğada qazanılan təcrübə onu göstərdi ki, bir müddət karantin qaydalarını tətbiq etməməyimiz bizi xeyli çətinliklərlə üz-üzə qoydu. Bu gün gündəlik yoluxmalar barədə açıqlanan rəsmi rəqəmlər də "aysberqin görünən" hissəsidir. Gündəlik iş rejimimizdə də yoluxanların sayının artmasını müşahidə edirik.

Hesab edirəm ki, belə bir situasiya varsa, maarifləndirici tədbirlər görülməlidir. Bayram günlərində hansısa karantin qaydalarının sərtləşdilməsi insanların əhval-ruhiyyəsinə mənfi təsir edə bilər. Bu səbəbdən bayramqabağı karantinin sərtləşdirilməsini məqsədəuyğun hesab etmirəm.

Bayramlardan sonra yəqin ki, epidemioloji vəziyyətə uyğun qərarlar verilə bilər. Ümid edirəm ki, əhali də bunu anlayışla qarşılayar. Qaydalara əməl edərsək, üçüncü dalğadan daha az itki və problemlə çıxa bilərik”.

Peyvənd vurulmasının daha intensivləşdirilməsi lazım olduğunu qeyd edən A. Qeybulla risk qrupunun peyvəndlənməsinin baş çatmasından sonra ölkədə yumşaldılmaların ola biləcəyini söyləyib:

"Qısa müddətdə əhalinin böyük hissəsinə peyvənd vurularsa, bu dalğanı az itkilərlə başa vura bilərik. Kütləvi peyvəndlənmənin əsas işi operativlikdir. Bütün tibb müəssisələri bu işə cəlb olunmalı və vətəndaşlar istədikləri müəssisədə peyvənd vurdurmalıdır. Əhalinin 2-3 milyonunun qısa müddətdə peyvənd vurdurması xeyli effekt verəcək.

Bunun həm üçüncü dalğanı rahat keçirmək, həm də kollektiv immunitet üçün müsbət tərəfləri olacaq. Risk qrupuna daxil olanların peyvəndlənməsi prosesi bitərsə, biz yumşaldılmalara gedə bilərik. Bu, yenə də epidemioloji vəziyyət nəzərə alınmaqla müzakirə olunmalıdır”.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın paytaxtında daha iki partlayış səsi eşidilib
12:44 28.02.2026
İranın paytaxtında daha iki partlayış səsi eşidilib
Netanyahu: İsrail və ABŞ İran tərəfindən mövcud təhlükənin aradan qaldırılması üzrə əməliyyata başlayıb
12:42 28.02.2026
Netanyahu: İsrail və ABŞ İran tərəfindən mövcud təhlükənin aradan qaldırılması üzrə əməliyyata başlayıb
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
12:33 28.02.2026
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
12:28 28.02.2026
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
12:24 28.02.2026
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
12:23 28.02.2026
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
12:21 28.02.2026
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
İran İsrailə raket zərbələri endirib
12:14 28.02.2026
İran İsrailə raket zərbələri endirib
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
12:10 28.02.2026
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
12:03 28.02.2026
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
12:02 28.02.2026
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
11:57 28.02.2026
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
11:56 28.02.2026
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
11:56 28.02.2026
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
11:51 28.02.2026
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz
11:48 28.02.2026
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz