"Yoluxmanın artması ondan xəbər verir ki, insanlarımız karantin qaydalarına riayət etmir” - Deputat

"Yoluxmanın artması ondan xəbər verir ki, insanlarımız karantin qaydalarına riayət etmir” - Deputat
SOSİAL
14:55 30.04.2020
1020
"Ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunmuş karantin rejiminin qaydalarının qismən yumşaldılması cəmiyyətimizin gündəlik həyatında böyük hərəkətlilik yaratdı. Bu, bir tərəfdən bəzi iş yerlərinin açılması, sosial-iqtisadi münasibətlərin qismən canlanmasına səbəb oldusa, digər tərəfdən pandemiyanın mənfi təsirlərinin artmasına da gətirib çıxara bilər”.
 
AZXEBER.COM xəbər verir ki, Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırıldığı üçün əhali arasında virusa yoluxmada artım ola və prosesin ikinci dalğası başlaya bilər: "Əhali bilməlidir ki, COVİD-19 xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir. Ona görə də, mütləqdir ki, sərt karantin rejiminin qaydalarına əvvəlki qaydada riayət edək. Nəzərə almaq lazımdır ki, aprel ayının 26-da 28 nəfər virusa yoluxmuşdusa, 29-da bu rəqəm 49 olub. Bu yoluxma sayının artması ondan xəbər verir ki, insanlarımız karantin qaydalarına riayət etmirlər”.

"Doğrudur, xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zəruridir, amma epidemioloji vəziyyət tələb edərsə, xəstəliyin dinamikasında artım olarsa, karantin rejimi yenidən sərtləşdirilə, müvafiq məhdudiyyətlər yenidən tətbiq oluna bilər” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, indiki vəziyyətdə hər şey insanlara bağlıdır. Yəni məhdudiyyətlər götürülsə belə, insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları çoxala bilər: "Məhdudiyyələtin bir qismi aradan qaldırılsa da, virusa yoluxma sürətinin qarşısını almaq üçün ölkədə kütləvi tədbirlər keçirilməməlidir, vətəndaşlar əvvəlki dövrdə olduğu kimi 2 metrlik sosial məsafə tələbinə riayət etməlidirlər. Yaşı 65-dən artıq olan vətəndaşlar evdən çıxmamalıdır”.

Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, əgər karantin qaydalarına riayət etməsək, pandemiyanın ikinci dalğası başlaya bilər: "Bu səbəbdən də xəstəliyin yeni dalğasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verilməməsi, məsafə saxlanılması və s. kimi məsələlərə, qaydalara riayət olunması zəruridir. Əgər pandemiyanın birinci dalğasını az itki ilə başa vurduqsa, bu, dövlət rəhbərliyinin qətiyyətli qərarları və iradəsi nəticəsində oldu. Yəni, dövlət üzərinə düşəni edib və artıq insanlarımızın növbəsidir ki, pandemiyanın ikinci dalğasının başlanmasının qarşısını alaq. Bunu isə dediyimiz kimi yalnız karantin qaydalarına maksimum şəkildə riayət etməklə edə bilərik. Həqiqətən də, biz birlikdə güclüyük. Əminəm ki, insanlarımız karantin qaydalarına riayət edəcək və xəstəliyin yenidən yayılmasını önləyəcəyik”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
02:57 11.07.2025
ABŞ Dövlət Departamenti azərbaycanlı jurnalistin sualını cavablandırdı: “Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyirik”
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
23:54 10.07.2025
Ermənistan XİN: İlham Əliyevlə Nikol Paşinyanın Əbu-Dabi görüşü uğurlu olub
Sabah bu ərazilərdə işıq olmayacaq
23:38 10.07.2025
Sabah bu ərazilərdə işıq olmayacaq
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
23:29 10.07.2025
Temmi Bryus: ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
23:11 10.07.2025
Rubio: Putin və Trampın görüşü hələlik planlaşdırılmayıb
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
22:53 10.07.2025
"Sabah" doğma meydanda Sloveniya klubuna məğlub oldu
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
22:43 10.07.2025
ANAMA-nın əməkdaşı Füzulidə yol qəzasına düşüb, xəsarət alanlar var
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
22:28 10.07.2025
Şəmkirdə yaşayış binasında baş verən yanğın məhdudlaşdırıldı
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
22:18 10.07.2025
Prezident BƏƏ səfərindən paylaşım etdi - VİDEO
Professor Mirzə Qurbanov vəfat edib
22:12 10.07.2025
Professor Mirzə Qurbanov vəfat edib
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
22:07 10.07.2025
Şəmkirdə ikimərtəbəli yaşayış binasında yanğın baş verdi, sakinlər təxliyə olundu
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
21:51 10.07.2025
Britaniya və Fransa nüvə qüvvələrinin koordinasiyası sahəsində əməkdaşlıq barədə saziş imzalayıb
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
21:46 10.07.2025
Bitkoinin qiyməti tarixinin ən yüksək həddinə çatıb
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
21:33 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb - FOTOLAR
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
21:30 10.07.2025
Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya səfər edib - FOTO
Laçında insan skeletinin qalıqları tapıldı
21:12 10.07.2025
Laçında insan skeletinin qalıqları tapıldı