"Youtube" fenomeninin zarafatı silahlı hücumla bitdi

"Youtube" fenomeninin zarafatı silahlı hücumla bitdi
DÜNYA
12:36 05.04.2023
252
ABŞ-da "Youtube" fenomeni olan 21 yaşlı Tanner Kuk zarafat etdiyi şəxs tərəfindən silahla vurulub.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, mədəsindən yaralanan gəncin müalicəsi xəstəxanada davam etdirilir.

İnsanları qıcıqlandırmaq üçün qəribə davranışlar nümayiş etdirdiyi videolar çəkən "YouTube" fenomeni bu dəfə zarafatını Virciniya ətrafında yerləşən ticarət mərkəzində etmək istəyib.

Tanner Kuk hadisənin necə baş verdiyini yerli WUSA telekanalına danışıb.

Bu iyrənc oyunun hədəfi olan 31 yaşlı Alan Kolie silahını çıxararaq Kukun qarnına atəş açıb.

Bu vaxt rəfiqəsi baş verənləri onun telefonunda lentə alıb.

İlkin müdaxilə edənlər gənc fenomeni xəstəxanaya gətirdikdən sonra o, əməliyyat olub.

"Mən sadə zarafat edirdim və bu oğlan bunu yaxşı qəbul etmədi. Silahdan əvvəl heç nə demədi", - Kuk deyib.

Kukun vurulmasından sonra hakim Kolinin həbsinə qərar verib.

Qeyd edək ki, Kukun "YouTube" kanalında onun sürücülərə qeyri-etik davranması, fast-food restoranı işçisini əsəbiləşdirmək üçün iş stolunun arxasına keçməsi və mağazalarda insanları incitməsi ilə bağlı kliplər var.

Mikayıl
OXŞAR XƏBƏRLƏR