"Youtube" koronavirusla bağlı videoları silir: Qorxu və təlaş yaratdığına görə

"Youtube" koronavirusla bağlı videoları silir: Qorxu və təlaş yaratdığına görə
DÜNYA
15:47 06.03.2020
4682
"Youtube" koronavirusla bağlı bir çox videoların yayımlanmasını qadağan edib.
 
AZXEBER.COM HaberGlobal-a istinadən xəbər verir ki, Youtube koronavirusla bağlı pul məqsədi ilə paylaşılan videoların paylaşımını dayandırıb.
 
Firmadan virus mövzusunun həssas olduğunu, insanları aldadan videoların çəkilməsinin qarşısını almaq gərəkdiyi deyilib.
 
Hətta bəzilərinin koronavirusun adını çəkmədən onunla bağlı reklam xarakterli videolar çəkdiyi məlum olub. Qorxu və təlaş yaradan bu kimi çarxlar silinib. 
 
Qeyd edək ki, Youtube 2019-cu ildə reklamdan 15 milyard dollar gəlir əldə edib.
 
Mələk Cabbar
OXŞAR XƏBƏRLƏR