"YouTube" rəhbəri uşaqlarına telefonu qadağan edir

"YouTube" rəhbəri uşaqlarına telefonu qadağan edir
23:28 11.08.2019
7096
"YouTube" videohostinqinin rəhbəri Syuzen Voyjitski uşaqlarına telefondan istifadə etməyə icazə vermir.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, Voyjitski real həyatda daha çox vaxt keçirmələri üçün tez-tez uşaqlarının əlindən telefonlarını aldığını deyib. Onun fikrincə, uşaqlara 11 yaşından sonra telefondan istifadəyə icazə verilməlidir.

"YouTube" sahibi bu qadağanın köməyi ilə uşaqlarına smartfonlarsız vaxt keçirməyi öyrədir, canlı ünsiyyətə, məktəbə, idmana daha çox vaxt ayırmalarını təmin edir. Syuzen uşaqlarına qadağanı daha çox bütün ailə bir yerdə olanda qoyur.
OXŞAR XƏBƏRLƏR