YouTube-un 9 yaşlı milyonçusu - VİDEO

YouTube-un 9 yaşlı milyonçusu - VİDEO
DÜNYA
17:16 08.05.2015
1812
YouTube video portalında kanal açan balaca uşaq ildə 1 milyon dollar qazanır.Bir neçə il əvvəl sıradan bir həyat sürən 9 yaşındakı Evanın həyatı YouTube-da açdığı kanalla dəyişib.2011-ci ildə bu platforma üzərindən videolarını yayımlayan balaca uşaq qısa müddətdə geniş bir kütlə tərəfindən sevilməyə başlayıb. İnsanların sevimlisi olan balaca Evan planetin ən gənc milyonçularından biridir.Atasının şirkətinin köməyi ilə olduqca professional videolar hazırlayan Evan kanalında oyuncaqları təqdi edir. İldə təxminən 1.3 milyon dollar qazanan balacanın YouTube-da 1,4 milyon təqibçisi var.Qeyd edək ki, gənc milyonerin soyadı, həmçinin yaşadığı yer şəxsi həyatını qorumaq məqsədilə gizli saxlanılır.//anspress
OXŞAR XƏBƏRLƏR