''Youtube''da ən çox izlənən azərbaycanlı müğənni kimdir? - SiİYAHI

MAQAZİN
16:00 14.11.2012
3082

Dünyanın ən məşhur video paylaşım saytı olan “Youtube”-a saniyədə milyonlarla video yerləşdirilir.

Azərbaycanda da “Youtube”da hesabı olan minlərlə insan var.Bəs görəsən ölkəmizdə ən çox izlənən “youtube” istifadəçisi kimlərdir?Gün.Az bununla bağlı kiçik araşdırma aparıb. “Socialblade” saytının məlumatına görə, azərbaycanlılar “Youtube”də ən çox “AzeriiGiirly” adlı istifadəçinin videolarına baxıblar.Onun sayta yerləşdirdiyi videoları 19 milyon 078 min 206 nəfər izləyib. Həmin istifadəçi bu günə qədər “youtube”a yüzlərlə video yerləşdirib. Azərbaycanın ən məşhur “youtube”çusunun ən çox izlənən videolarının onluğunu təqdim edirik:1. Rihanna and Lady Gaga – Ready 14 milyon 996 min baxış2. Can canadır, can cana – 792 min 412 baxış3. Lady Gaga and Rihanna – Ready lirik 254 min 838 baxış4. Üzeyir Mehdizadə - Hələ cavan oğlanam mən 188 min 296 baxış5. Tarkan – Kayıp 131 min 231 baxış6. Rəqsanə və Elton – Bu da son 127 min 751 baxış7. Üzeyir Mehdizadə - Rəvayət 117 min 347 baxış8. Üzeyir Mehdizadə - Aşkım 104 min 632 baxış9. Balabəy və Gülağa – Səndə qaqaş 97 min 292 baxış10. Ramal – Gözümün işığı 96 min 340 baxışGöründüyü kimi, “AzeriiGiirly”nin Azərbaycan üzrə lider olmasına səbəb gənc müğənni Üzeyir Mehdizadədir. Belə ki, onun 50 mindən çox baxılan videolarının əksəri Üzeyirin mahnılarıdır. Onun mahnılarını təkcə “AzeriiGiirly”in profilindən 2 milyona insan izləyib.

//Gün.az

OXŞAR XƏBƏRLƏR