"Youtube”un işində nasazlıq yaranıb

"Youtube”un işində nasazlıq yaranıb
MEDİA
23:40 28.10.2021
316
Dünyanın bir sıra ölkələrində "YouTube” onlayn-videohostinqin istifadəçiləri xidmətin işində nasazlığın yarandığını bildirirlər.

AZXEBER.COM xəbər verir ki, bu barədə məşhur internet-resursların işini izləyən "Downdetector” portalı məlumat yayıb.

Ən çox şikayət ABŞ, Kanada, Böyük Britaniya, Fransa və Yaponiyadan daxil olur.

Xidmətin istifadəçiləri (52%) daha çox saytla bağlı problemlərin yaranmasından şikayət edirlər.

İstifadəçilərin 29%-i videoya baxmaqda çətinlik çəkir, digər 19% isə hesablarına daxil ola bilmir.
OXŞAR XƏBƏRLƏR