"Yox" cavabı almaq, ürəyi "sındırır"

MARAQLI
13:07 22.01.2011
2158

Rədd edilmək sözün həqiqi mənasında insanın ürəyini “sındırır”. Hollandiyadakı Amsterdam və Leiden Universitetlərində çalışan elm adamları apardıqları araşdırma nəticəsində belə qənaətə gəliblər.

Onların həyata keçirdiyi sınaq zamanı kütlə tərəfindən rədd edilən insanlarda ürək döyüntüləri nin azaldığı ortaya çıxıb.Araşdırma çərçivəsində 18-25 yaş arasındakı tələbələrə başqa tələbələrin şəkilləri göstərilib və onların şəkildəkilərə münasibəti öyrənilib. Şəkildəki insanları bəyənib-bəyənmədikləri soruşulub.Şəkildə göstərilən tələbələrin ürək döyüntüləri əvvəlcədən ölçülüb.Əldə edilən nəticələr şəkildədəki insanlarla bölüşdürülüb.

Bu zaman başqaları tərəfindən bəyənilmədiyini öyrənən tələbələrin nəbzinin yavaş döyündüyü ortaya çıxıb. Bunu “qəlbin qırılması” kimi dəyərləndirən mütəxəssislər rədd edilmənin daha ağır nəticələrə səbəb ola biləcəyini qeyd ediblər

OXŞAR XƏBƏRLƏR