““Yoxlama” verilişi məktəbdə icazəsiz çəkiliş aparıb” - Bakı Şəhəri üzrə Təhsil İdarəsi

““Yoxlama” verilişi məktəbdə icazəsiz çəkiliş aparıb” - Bakı Şəhəri üzrə Təhsil İdarəsi
SOSİAL
16:19 30.01.2017
7470

 

 

Ötən həftə mətbuatın gündəmini zəbt etmiş xəbərlərdən biri də Bakı şəhəri Zaur Məmmədov adına 171 nömrəli tam orta məktəbin direktoru Telman Balasən oğlu Qardaşovun qəflətən ölüm xəbəri oldu.

Belə ki,  yanvarın 11-də ATV-nin "Yoxlama” verilişi sözügedən məktəbdə yoxlama aparıb. Məktəb rəhbərliyi buna etirazını bildirib və bəyanat yayıb ki, verilişin nümayəndələri qanunsuz olaraq məktəbə daxil olublar və onlarla kobud davranıblar 

ATV telekanalının "Yoxlama" verilişindən sonra çox gərgin olan, stress keçirən direktor yanvarın 26-da saat 11:00 radələrində qəflətən özünü pis hiss edib və  təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. 

Direktor yanvarın 27-si səhər saatlarında isə xəstəxanada dünyasını dəyişib. 

Bəs məktəb rəhbərliyinin iddiası doğrudurmu, "Yoxlama” verilişinin əməkdaşları məktəbə həqiqətən də icazəsiz gedibmi və ya hansısa məktəbdən reportaj hazırlamaq üçün rəsmi qurumlardan icazə almaq lazımdırmı? 

Məsələ ilə bağlı Lent.az-ın sorğusunu cavablandıran Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, ümumi təhsil müəssisələrində video və foto çəkiliş aparılması, reportaj hazırlanması haqda razılıqların verilməsi "İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir 

Təhsil İdarəsindən bildirilir ki, Bakı şəhəri 171 nömrəli tam orta məktəbdə çəkiliş aparmaq məqsədilə "Yoxlama” verilişinin rəhbərliyi tərəfindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə heç bir sorğu daxil olmayıb, çəkiliş qrupunun məktəbə daxil olmasına və orada çəkiliş aparmasına müvafiq razılıq alınmayıb.

Qurumdan bildirilib ki, təhsil müəssisələrinin fəaliyyətinə və tədris prosesinə mane olmamaq üçün əvvəlcədən razılaşdırmaqla, peşəkar yanaşma və qarşılıqlı hörmət müstəvisində bütün media təmsilçilərini maraqlandıran məsələlərin işıqlandırılmasına şərait yaradılır: "Odur ki, Azərbaycan Respublikasının Konstitusiyasının, "Təhsil haqqında”, "İnformasiya əldə etmək haqqında”, "Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikasının digər müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olaraq, Kütləvi İnformasiya Vasitələri ilə səmərəli əməkdaşlığa üstünlük verilir”.

Qeyd edək ki, hazırda  Bakı şəhəri 171 nömrəli tam orta məktəbin direktoru vəzifəsinin müvəqqəti icrasının məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavininə həvalə edilməsi nəzərdə tutulub.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda sıxlıq olan yollar açıqlanıb
08:35 14.03.2025
Bakıda sıxlıq olan yollar açıqlanıb
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
01:10 14.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
00:26 14.03.2025
Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
23:52 13.03.2025
Ceyhun Bayramov BMT nümayəndəsi ilə mina təhlükəsi ilə mübarizəni müzakirə edib
Ağstafada dönərdən zəhərlənənlərin  sayı 10-a yüksəldi
23:43 13.03.2025
Ağstafada dönərdən zəhərlənənlərin sayı 10-a yüksəldi
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
23:26 13.03.2025
Goranboyda 9 sinif şagirdinin qaçırıldığı iddia olunur
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
23:16 13.03.2025
Dünənki qəzada həlak olan TƏBİB əməkdaşı iki gün əvvəl işə başlayıbmış - TƏFƏRRÜAT
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
23:13 13.03.2025
Azərbaycan-Yunanıstan ikitərəfli və çoxtərəfli münasibətləri müzakirə olunub-FOTOLAR
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
23:07 13.03.2025
Ceyhun Bayramov Çinin Avropa məsələləri üzrə sabiq nümayəndəsi ilə regional məsələləri müzakirə edib
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
22:56 13.03.2025
"Barselona" futbolçusu ilə müqavilə müddətini uzadıb
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
22:43 13.03.2025
İsveç Ukraynaya 18 ədəd “Archer” artilleriya qurğusu göndərəcək
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
22:27 13.03.2025
Azərbaycan yunan-Roma güləşçiləri Avropa çempionatında 1 gümüş, 2 bürünc medal qazanıblar
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
22:22 13.03.2025
SOCAR Gürcüstandakı Kulevi neft terminalını genişləndirməyi planlaşdırır
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
22:14 13.03.2025
Ağstafada dönərdən zəhərlənən şəxslərin kimliyi məlum olub
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
22:06 13.03.2025
Avstriya XİN Bakı və İravanın sülh sazişi mətninin razılaşdırılmasını alqışlayır
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq
21:56 13.03.2025
"Real"ın futbolçusu 1 aya yaxın yaşıl meydanlardan kənar qalacaq