YPX avtomobili qəzaya düşdü: Xəsarət alan var

YPX avtomobili qəzaya düşdü: Xəsarət alan var
SOSİAL
16:04 27.07.2022
279
Ötən gün saat 14:10 radələrində Bakı-Qazax avtomobil yolunda YPX avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. 

Yolun Qaradağ rayonu ərazisindən keçən 42,7-ci kilometrliyində 99-YP-851 dövlət qeydiyyat nişanlı "BMW” markalı Yol Patrul Xidməti (YPX) avtomobili ilə VAZ-2106 markalı maşın toqquşub.

Toqquşma nəticəsində VAZ-2106 markalı maşında olan sərnişin yüngül xəsarət alıb.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a faktı təsdiq ediblər.

Bildirilib ki, hadisə ilə bağlı araşdırma aparılır. 
 
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR