YPX maşını qəzaya düşdü - 3 maşın toqquşdu

YPX maşını qəzaya düşdü - 3 maşın toqquşdu
SOSİAL
10:34 21.08.2019
3347
Mingəçevirdə YPX-yə məxsus avtomobilin də iştirakı ilə zəncirvari yol qəzası baş verib. 

AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, hadisə gecə saatlarında M.Maqomayev prospektində baş verib. Belə ki, "VAZ 2107”, "VAZ 21099” və YPX-yə aid "BMW” markalı avtomobillər toqquşub.

Toqquşmanın təsirindən "BMW" idarəetmədən çıxaraq səkiyə qalxıb. Qəza nəticəsində sürücülər yüngül xəsarətlə qurtulsa da, "VAZ 2107”də olan və xəsarəti nisbətən ciddi olan 1973-cü il təvəllüdlü şəhər sakini Allahverdiyev Tapdıq Aslan oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR